​Nisə Qasımova insult keçirib və dili tutulub? - Menecerindən AÇIQLAMA

​Nisə Qasımova insult keçirib və dili tutulub?
14:44 17.02.2023
A- A+

Bir müddət öncə insult keçirdiyi deyilən Xalq artisti Nisə Qasımovadan yeni xəbər var.

Nisə xanımın meneceri Lent.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar əsassızdır və müğənninin vəziyyəti yaxşıdır:

“Hələ də inananlar var ki, Nisə xanım insult keçirib? Mən xəbəri birinci kim yayıbsa, onunla danışdım. O, mənə bildirdi ki, sadəcə mənə deyiləni yazıram. Ancaq yayılan xəbərlər yalandır. Qətiyyən inanmayın. Hər şey yaxşıdır, qaydasındadır. Hətta axşam Nisə xanım yeni görüntülərini paylaşdı. Verilişə də qonaq çağırılıb, iştirak edəcək. Narahat olmayın. Hamınıza salamı var”.

Qeyd edək ki, Nisə Qasımovanın bir neçə həftə əvvəl keçirdiyi insult səbəbindən sifətinin əyildiyi və dilinin tutulduğu barədə mətbuatda xəbərlər yayılmışdı.