​“Neftçi”nin sabiq prezidenti “Roma”nın oyununa təyinat alıb

​“Neftçi”nin sabiq prezidenti “Roma”nın oyununa
16:45 21.02.2023
112 İdman
A- A+

“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

“Report”un məlumatına görə, o, İtaliyada “Roma” və Avstriya “Zaltsburq”u arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, fevralın 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk görüşdə Avstriya təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0. Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.