​Ölümə bərabər rekord - 3 saat 57 dəqiqə ərzində...

​Ölümə bərabər rekord
14:38 22.02.2023
234 Maraqlı
A- A+
Dünyanın ən böyük və ən yüksək qranit qayası Yosemiti milli parkında yerləşən “El Capitan”dır.

Ümumi hündürlüyü 2308 metr olan bu qaya 1851-ci ildə kəşf edilib.

Referans.az xəbər verir ki, ilk dəfə bu qayaya 1958-ci ildə dırmanılıb və bu dırmanış 47 gün çəkib.

Lakin amerikalı Alex Honnold eyni yeri 2017-ci ildə sadəcə 3 saat 57 dəqiqə ərzində dırmanmağı bacarıb.

Təəccüblü olan budur ki, Alex  dırmanış zamanı heç bir alətdən istifadə etməmiş, sadəcə çılpaq əllə dırmanıb. 

Alexin sözlərinə görə, “El Capitan”a yalın əllə çıxmaq onun ən böyük arzusu idi. 8 il ərzində hər il dırmanmaq xəyalı ilə buraya gəlib və hər dəfəsində gözü qorxub, Hazır olmadığını düşünərək fikrindən daşınıb. Nəhayət, uzun aradan və məşqlərdən sonra, o, 2017-ci ildə  öz xəyalını gerçəkləşdirməyə nail olub. Alexin bu hekayəsi barədə ekran işi də çəkilib və ən yaxşı sənədli film, Oskar mükafatını qazanıb.