​Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları keçirdi

​Azərbaycanın hərbi pilotları təlim-məşq
10:38 23.02.2023
83 Hərbi
A- A+
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.
 
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edib.
 
Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.