​Flora Kərimovadan şok sözlər - “Həkimlərin 18-20 min pulunu alıb təbliğ edənlər...”

​Flora Kərimovadan şok sözlər
10:57 24.02.2023
A- A+

Xalq artisti Flora Kərimova həkim Sevinc Heydərovanı məhkəməyə verməsinin səbəbini açıqlayıb.

Xalq artisti Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

“Mən Sevinc Heydərovanın Tibb Universitetinin hansı fakültəsini bitirdiyini bilmirəm. Gərək öyrənim. Hər şeyə əl atır, təki kəssin-doğrasın. Gözü də doymur. Belə olmamalıdır. Ona olan iradım Tibb Universitetində aldığım savaddır. İxtisasca ginekoloqam. Cərrahi əməliyyatlar etmişəm. Bilirəm ki, bu iş nə qədər məsuliyyətlidir. Bəlli olmayan sertifikatları yığmaqla deyil. Mən ona dedim ki, siz bunu bacarmırsınız, niyə gözümü bu günə saldınız. Əslində, bu əməliyyat lazım deyildi, ehtiyac da yox idi. Onu da deyim ki, həkimlərin 18-20 min pulunu alıb, onları təbliğ edəndə düşünmək lazımdır ki, təbliğ etdiyin həkim buna layiqdirmi?!. Təbliğ edənlərə camaat aldanır, onun yanına gedir və sonra da bədbəxt olur. Gözlərim yenidən korreksiya olunmalıdır. Verilişlərdə Sevinc Heydərovanı həkim kimi o qədər təriflədilər ki, getdim. Cəmiyyətdə az-çox tanınan insanlardan reklam kimi istifadə edirlər. Hər müraciətimdə ödəniş etmək imkanımı nəzərə çatdırıram. Mənə olan hörmət sizin peşəkarlığınızdır. Hökümətin himayəsindəyəm, oğlumun daima nəzərindəyəm. Məndən ödənişi qəbul edin. Siz sənətkarsınız deyib ödəniş ummurlar, bəzi hallarda götürmürlər də. Sevinc xanım bilirdi ki, ödəniş etmək imkanım var. 

Mən həmişə ödənişi alması üçün təkid edirdim, o isə hər dəfə “yox” deyirdi. Sizin mahnılarınızla böyümüşük, Vətənə xidmətiniz böyükdür. Biz sizə borcluyuq. Nəticədə bu alındı. Əməliyyatdan sonra Sevinc Heydərova ilə əlaqə saxladım və əməliyyatın nəticəsini ona göstərdim. O isə hansısa məbləğlə işini ört-basdır etmək istədi. Neçə növ əməliyyatla məşğul olur, indi də xətrinə rinoplastika (burun əməliyyatı) əməliyyatı düşüb. Bir xanıma dizinin müalicəsi üçün iynə vurub, 3500 manata vurulan iynənin effekti olmayıb. Uğursuz müalicədən sonra pasient ondan pulu tələb edəndə pulu qaytarmır və deyir, hara gedirsən get, heç kimdən qorxmuram. O xanım da eləme tənbəllik, bunu sosial şəbəkədə yayır. Qızım, şəkilləri sizə göndərirəm, görün, gözlərim, nə haldadır. Hər sözümün sübutu var. Hirslənirəm, danışa bilmirəm. Məhkəməyə vermişəm. O kimlərəsə güvənir, mənim isə güvəndiyim yer qanundur. Ya ona verən Allah, ya mənə verən Allah!”.