​Təranə Qumralın qızı - "Məclislərə çağırıb deyirlər ki, həyat yoldaşın gəlməsin"

​Təranə Qumralın qızı
14:25 24.02.2023
A- A+

Müğənni Təranə Qumral ailə üzvləri ilə Xəzər televiziyasında yayımlanan “Xəzər axşamı” verilişində qonaq olub.

Təranə Qumral qızının müğənnilik etməsindən danışıb: “Qızım Qumral bloger kimi fəaliyyət göstərirdi. Bir gün mənə bəstəkardan mahnı gəldi. Qumral dedi ki, qəşəng mahnıdı. Ona dedim ki, istəyirsən oxu, mahnını sənə verirəm. Ona oxumağa icazə verdiyimi dedim. Amma həyat yoldaşı Natiqdən də soruşmasını tövsiyə etdim.

Qumral el şənliklərinə bizimlə gedir. Toy mərasimlərinə dəvət edənlər deyirlər ki, Qumral xanım da yarım saatlıq öz mahnıları ilə qonaq gəlsin. Konvertdə pulunu verirlər, çıxıb gedir. Maması onun puluna dəymir. Yaxşı ki, oxuyur və çoxlarından da yaxşı mahnı ifa edir.

Toy mərasimlərinə aşağı qiymətə getməsinə icazə vermirəm. Deyirəm ki, sənin pula ehtiyacın böyük deyil. Bizim ailəmizdə bütövlük var. Heç kim özbaşına hərəkət etmir. Qızım xaraktercə çox safdır. Hər verilişə tək çıxmasına icazə vermirəm”.

Qumralın həyat yoldaşı Natiq isə bu sözləri deyib: “Qumralın bu sənətə gəlməsi uzun çəkdi. İllərdir, deyirdi, istəyi vardı. Ona görə icazə verdim ki, hər yerdə birgəyik. Heç yerə tək getmir”.

İfaçının qızı Qumral isə həyat yoldaşının ona dəstəyindən danışıb: “Bizdə hər şey ailə çərçivəsindədir, sərhəd var, çərçivə var. Həyat yoldaşım icazə verməzsə etmərəm. Məni çox məclisə çağırıb deyirlər ki, həyat yoldaşın gəlməsin. Mən məbləğin miqdarına baxmayaraq məclisə getməmişəm. Həyatda reallıq var. Bu günə qədər ailəmizi qoruyub saxlamışıqsa, bundan sonra da elə olacaq.

Bəziləri isə yazır ki, sən də oxudun, bu gün, sabah görərik ki, boşanmısan. Boşanmaq istəsəydim, çoxdan edərdim. Bu cür anam varsa, boşanmaq heç vaxt mümkün deyil".