​Zakir Həsənov yüksək rütbəli zabitləri sərhədə göndərdi

​Zakir Həsənov yüksək rütbəli zabitləri
15:38 27.02.2023
126 Hərbi
A- A+

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabiti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçularla görüşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb, onlarla maarifləndirici söhbətlər aparılıb və hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.

Böyük ruh yüksəkliyi ilə xidmətini davam etdirən hərbi qulluqçular ölkə rəhbərliyinin diqqət və qayğısını daima hiss etdiklərini, göstərilən etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya müdafiə naziri adından qiymətli hədiyyələr təqdim edilib.

1677497169_942965a4-4cba-3bb5-ad56-bb47f72b9fc4_8501677497256_38001ec0-bd86-3599-80b8-6e8080a74fbb1677497234_81cfdf31-11ec-3959-9332-24834a0b53351677497178_5fc8b49e-0055-3769-926d-c472a7650975