​Çempionlar Liqası: 1/4-in ilk iştirakçıları müəyyənləşir

​Çempionlar Liqası:
10:09 07.03.2023
118 İdman
A- A+
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmaları start götürəcək.

SÜLH.İNFO.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Başqa sözlə, bu gün 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək.

İngiltərədə "Çelsi" ilə Almaniyanın "Borussiya" (Dortmund) komandaları üz üzə gələcək. Dortmunddakı ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Digər qarşılaşmada isə "Benfika" Portuqaliyada Belçika "Brügge"sini qəbul edəcək. İlk görüşdə Lissabon təmsilçisi rəqibini məğlub edib - 2:0.

Qeyd edək ki, 1/8 finalın digər cavab oyunları martın 8-i, 14-ü və 15-də keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

7 mart

00:00. "Çelsi" (İngiltərə) - "Borussiya" Dortmund (Almaniya)

Baş hakim: Denni Makkeli (Niderland)

İlk oyun - 0:1

London, "Stemford Bric" stadionu

00:00. "Benfika" (Portuqaliya) - "Brügge" (Belçika)

Baş hakim: Halil Umut Meler (Türkiyə)

İlk oyun - 2:0

Lissabon, "Eştadiu du Benfika" stadionu