​“Avroviziya”ya gedən Tural-Turan kimdir? - VİDEO

​“Avroviziya”ya gedən Tural-Turan
13:08 09.03.2023
249 Maqazin
A- A+
Xəbər verdiyimiz kimi, “Avroviziya-2023”​ Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək.

Əkiz qardaşlar 2000-ci ildə Zaqatala şəhərində anadan olublar.

“Musiqi məktəbində təhsil almamışıq. Fortepiano ilə ilk tanışlığımız orta məktəbdə olub. Dərslərdən yayınaraq gizlində mahnılar öyrənməklə məşğul olurduq. İnstrumental savadımızı məktəbdəki o pianoya borcluyuq. Atamız da gördü ki, əl çəkmirik, bizə “ikinci əl” sintezator aldı. Sonralar gitarada da ifa etməyi öyrəndik”, - qardaşlardan biri danışır.

Onların sözlərinə görə, yazdıqları mahnını müsabiqənin seçim turunun bitməsinə 3-4 gün qalmış göndəriblər, cavab alacaqlarını düşünmürdülər.