​Canni De Byazi Azərbaycan millisi ilə vidalaşır?

​Canni De Byazi Azərbaycan
14:51 09.03.2023
133 İdman
A- A+
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatında çıxan müsahibəsinə aydınlıq gətirib.

67 yaşlı mütəxəssis “Report”a açıqlamasında fikirlərinin təhrif olunduğunu bildirib.

“Mən heç bir KİV-ə hazırkı müqaviləmin müddəti bitdikdən sonra sözləşməni uzatmayacağımı deməmişəm. Söylədim ki, dekabrın 1-dək müqaviləm var və bu bitdikdən sonra AFFA ilə gələcək əməkdaşlığı müzakirə edəcəyəm. Yalnız bundan sonra mənim yığmanın sükanı arxasında qalıb-qalmayacağım bəlli olacaq", - deyə De Byazi vurğulayıb.