​Kolleclər ali təhsilin bir hissəsi kimi tanına bilər

​Kolleclər ali təhsilin bir hissəsi kimi
10:50 13.03.2023
88 Sosial
A- A+
“Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən tam anlaşılmır”.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, buna görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var: “Bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır. Kollec məzunlarında bu problem daha dərindir”.