​"Qarabağ"la "Qalatasaray" bu tarixdə Bakıda qarşılaşacaq

​
16:36 13.03.2023
143 İdman
A- A+

Martın 26-da "Qarabağ" Futbol Klubu rəhbərliyinin təşəbbüsü ilə "Qalasarasay"la xeyriyyə matçı keçiriləcək.

Qol.az-ın əldə etdiyi xəbərə görə, "Qarabağ" - "Qalatasaray" matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq.

Matçdan əldə edilən gəlir Türkiyədə zəlzələdən zərər çəkən şəxslərə sərf olunacaq.

Qeyd edək ki, matç mart ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçiriləcək.