​“Rəşad Dağlı indi yada düşdü?!“ - Meyxanaçı

​“Rəşad Dağlı indi yada düşdü?!“
12:11 14.03.2023
123 Maqazin
A- A+
Meyxanaçı Orxan Lökbatanlı hazırda həbsdə olan həmkarı Rəşad Dağlı barədə danışıb.

“Səhər Mərkəzi” verilişində qonaq olan söz ustadı, həbs edildikdən sonra Rəşadın yada düşməsindən gileylənib:

“Bu gün Rəşad Dağlı bizimlə deyil. Allah ömür versin. Dünənə qədər burada idi, heç kim Rəşadın adını çəkmirdi. Tək Rəşad yox, digər meyxanaçılar haqda da. Vüqar Biləcəri sağ idi, adını çəkən yox idi. Gözləməyək ki, kimsə ölsün, başına nəsə gəlsin, adını çəksinlər. Niyə adam öləndən sonra qiymətə mindirilir? Düzdür, ustadları unutmaq olmaz. Amma indikiləri də unutmayın”. Qeyd edək ki, Rəşad Dağlı noyabrın 9-u qonşusu İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.