​Daha bir marşrut xətti “BakuBus”a VERİLDİ

​Daha bir marşrut xətti “BakuBus”a
14:14 15.03.2023
102 Toplum
A- A+
Bakı Nəqliyyat Agentliyi daha bir müntəzəm marşrut xəttini ona məxsus “BakuBus” MMC-yə verib.

SÜLH.İNFO.az agentliyə istinadən xəbər verir ki, “Monella” MMC-nin müvəqqəti istismarında olan 163 nömrəli müntəzəm marşrut xəttinin (“Koroğlu” NMM-Yeni Ramana yaşayış sahəsi) fəaliyyəti nəzarətə götürülüb.

Keçirilən monitorinq nəticəsində şirkətin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. İstehsalat bazası yararlı olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar xəttə natəmiz buraxılır.

Marşrut xətti ilə bağlı vətəndaşlardan da çoxsaylı şikayətlər daxil olub. Daşıyıcıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik qeydə alınmayıb. Odur ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar sabahdan “BakuBus”a həvalə edilir.

Mövcud dəyişiklik Yeni Ramana yaşayış sahəsi, o cümlədən bu ərazidə şəhid ailələri və müharibə əlillərinin məskunlaşdığı yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyata əlçatanlığının daha da yaxşılaşmasına imkan verəcək.