​Nüşabə od püskürdü - "Evində gizli nömrə işlədənlər məni görəndə..."

​Nüşabə od püskürdü
15:43 15.03.2023
123 Maqazin
A- A+
Müğənni Nüşabə Musayeva od püskürdü.

Müğənni öz şəxsi İnstaqram səhifəsinin hekayələr bölməsində sərt sözlər yazıb.

Müğənni bildirib ki, onu qınayanları vecinə almır:

“Həccə gedibsən. Nə üçün başını açdın, niyə oxudun, oynadın,  güldün, maşınını göstərdin? Niyə belə etdin?

Mənim gözəl millətimin bəzi bədbəxt və savadsız düşüncəsi xəstə olan, yaxşını görüb paxıllıqdan  çat verən nümayəndələri Ümrə ilə Həcci ayırd etməyi öyrənin. Arada vaxt edib evdəkilərə vaxt ayırın.

Görün hara gedib , hara gəlirlər?

Evində gizli nömrə işlədənlər məni görəndə qeyrətə gəlirlər”.

Qeyd edək ki, müğənni bir neçə gün öncə Ümrə ziyarətindən gəlib.

Həmin paylaşımı sizə təqdim edirik: