​Ankarada TDT-nin Fövqəladə Zirvə Toplantısı keçiriləcək

​Ankarada TDT-nin Fövqəladə Zirvə Toplantısı keçiriləcək
11:31 16.03.2023
A- A+
Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Türkiyə Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə Toplantısı keçiriləcək.

Azərbaycanın təklifi ilə keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri kimi Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Milli Şurasının Xalq İşləri İdarəsinin rəhbəri Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.

Ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan ŞKTC ilk dəfə TDT Sammitində iştirak edəcək.

Yaşanan dəhşətli zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən sammitdə fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər masaya yatırılacaq, ortaq gündəmdə yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Ərdoğan sammit çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək.