​Əmioğlu həbsdəki qohumuna sovqat apardı - Toyuğun içindən.../ FOTO

​Əmioğlu həbsdəki qohumuna sovqat apardı
09:49 17.03.2023
82 Toplum
A- A+
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixatrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən  verilən xəbərə görə, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilmiş şəxsin əmisi oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan bişirilmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,320 qram olan psixatrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.