​Ermənistan parlamenti müxalifətin Laçın yolu ilə bağlı layihəsini rədd etdi

​Ermənistan parlamenti müxalifətin Laçın yolu ilə bağlı layihəsini
12:17 21.03.2023
93 Dünya
A- A+

Ermənistan parlamenti “Hayastan” müxalifət fraksiyasının Laçın yolu ilə bağlı bəyanat layihəsini gündəliyə daxil etməyib.

Hakim partiyanın “Vətəndaş sazişi” fraksiyası səsvermədə iştirak etməyib və bəyanat layihəsi gündəliyə daxil edilməyib.

28 deputat (deputatların yarısından azı) lehinə səs verib.

Bəyanatda Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı missiyasına tam dəstək ifadə edilir və onun mandatının uzadılmasının zəruriliyi qeyd olunurdu.