​“Qalatasaray”ın futbolçusu millidən kənarlaşdırıldı

​“Qalatasaray”ın futbolçusu millidən kənarlaşdırıldı
11:00 22.03.2023
110 İdman
A- A+

Avro-2024-cü seçmə mərhələsində Ermənistan və Xorvatiya ilə qarşılaşacaq Türkiyə yığması itki ilə üzləşib.

"Qalatasaray"ın müdafiəçisi Abdulkerim Bardakçı baş ağrıları səbəbindən heyətdən çıxarılıb. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Tayyip Talha Sanuç da zədə səbəbindən heyətdən kənarlaşdırılmışdı.

Qeyd edək ki, Türkiyə yığması martın 25-də Ermənistanın qonağı olacaq, martın 28-də isə Xorvatiyanı qəbul edəcək.