​Məhkəmə Ermənistanın sabiq baş nazirinin əmlakı işinə baxacaq

​Məhkəmə Ermənistanın sabiq baş nazirinin əmlakı işinə baxacaq
11:21 22.03.2023
83 Dünya
A- A+

Ermənistan Antikorrupsiya Məhkəməsi ölkənin keçmiş baş naziri Ovik Abramyanın və ona bağlı olan 16 şəxsin qanunsuz yolla əldə etdiyi əmlakın müsadirə edilməsi ilə bağlı iddianı icraata qəbul edib.

SULH.İNFO.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, iş hakim Karapet Badalyanın icraatına verilib.

Qeyd edək ki, Abramyan Qarabağ klanının hakimiyyətdə olduğu dövrdə Ermənistan baş naziri postunu tutub.