​Bakıda AĞIR QƏZA - "KamAZ" avtomobilin üzərinə aşdı

​Bakıda AĞIR QƏZA
09:15 24.03.2023
106 Hadisə
A- A+
Bakının Suraxanı rayonunda yol qəzası baş verib.

SULH.İNFO.az apa-ya istinadən xəbər verir ki, qəza Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobilinin sürücüsü sükana nəzarəti itirib. İdarəetmədən çıxan yük maşını eyni istiqamətdə olan “Honda” markalı nəqliyyat vasitəsinin üzərinə aşıb. Qəza nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.