​“Günay Bank”ın qiymətli kağızları delistinq edilib

​“Günay Bank”ın qiymətli kağızları delistinq edilib
15:34 24.05.2023
A- A+

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Günay Bank” ASC-nin qiymətli kağızları delistinq edilib.

Referans.az bu barədə BFB-yə istinadən xəbər verir.

BFB-nin listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək, qiymətli kağızlar ticarətdən çıxarılacaq.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı mayın 16-da "Günay Bank"ın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək "Banklar haqqında" qanuna əsasən, onun lisenziyasını ləğv edib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib. Mayın 18-də Bakı Kommersiya Məhkəməsi "Günay Bank"ın müflis elan edərək, Əmanətlərin Sığortalanması Fondunu ona ləğvedici təyin edib.