​DİM məlumat YAYDI - sentyabrın 17-də...

​DİM məlumat YAYDI
10:47 15.09.2023
77 Toplum
A- A+
Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.
 
DİM-dən  verilən xəbərə görə, imtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı).
 
 
İmtahana qeydiyyat 2023-cü il avqustun 17-dən 14 sentyabr saat 11:00-dək aparılıb və bu müddət ərzində 90 namizəd qeydiyyatdan keçib.
 
 
İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.