​Nigar Şabanovanın plastik əməliyyatsız görüntüləri yayıldı - VİDEO

​Nigar Şabanovanın plastik əməliyyatsız
11:01 26.09.2023
77 Toplum
A- A+

Əməkdar artist Nigar Şabanovanın sosial şəbəkədə yayılan arxiv videosu gündəm olub.

 

16 il əvvəl "Xalq ulduzu" milli musiqi yarışmasında iştirak edən sənətçinin görüntüləri görənlərin marağına səbəb olub.

 

2007-ci ildə yarışmada səsi və avazı ilə tamaşaçıların rəğbətini qazanan Şabanova illər əvvəl və indiki görünüşü ilə də xeyli diqqət çəkib. Sosial şəbəkə əhli müğənninin səsini bəyənsələr də, son zamanlar görünüşündə etdirdiyi dəyişikliyinə "Gözəl olub, amma əməliyyatlardan sonra individuallığını itirib" şərhini yazıblar.

 

Qeyd edək ki, Nigar Şabanova burnunda "rinoplastika" əməliyyatı etdirib, yanaqlarındakı piyi "bişektomiya" əməliyyatı ilə çıxarıb və ayrı-ayrı zamanlarda iki dəfə "bədənşəkilləndirmə" əməliyyatını etdirib. (bizim.media)