​Qarabağ müharibəsinin qatillərindən biri də həbs olundu – TƏCİLİ

​Qarabağ müharibəsinin qatillərindən biri də
15:19 29.09.2023
251 Hərbi
A- A+

Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Arşavir Qaramyan Azərbaycan xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Bu barədə Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.

Onun bir az əvvəl saxlanıldığı deyilir.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin ən böyük erməni qatillərindən biridir. O, Şuşa və Laçının işğalında ciddi rol oynayıb. Müxtəlif zamanlarda Qarabağın fərqli ərazilərində “rəsmi vəzifələrdə” çalışıb.

Arşavir Qaramyanın oğlu Vardan Qaramyan müxtəlif vaxtlarda Azərbaycan ordusuna qarşı həm snayper, həm də dron pilotu kimi fəaliyyət göstərib.