​Beynəlxalq Diaspora Mərkəzi və Qərbi Azərbaycan İcmasinin rayon icma nümayəndə heyəti Şuşa şəhərinə səfər edib

​Beynəlxalq Diaspora Mərkəzi və Qərbi Azərbaycan İcmasinin rayon icma nümayəndə heyəti Şuşa şəhərinə səfər edib
22:05 10.06.2024
743 Siyasət
A- A+

08 iyun 2024-cü il tarixində  Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, Qərbi Azərbaycan İcmasının İstisu İcma sədri Alı Sofulu və Paşalı rayon icmasının nümayəndələrinin birgə təşkilatçılığı ilə Şuşa şəhərinə səfər etdilər. Səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən bir çox təşkilatların təmsilçiləri də iştirak edib.

Səfər ərəfəsində Şuşanın düşmən işğalından azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, qəhrəmanlıqdan, eyni zamanda əzəmətli Şuşamızın tarixi, strateji mənəvi əhəmiyyətindən söz açılıb. Bununla yanaşı, erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə vurduğu zərər və onların fəsadları haqqında məlumat verilib. Nümayəndə heyətinə mədəniyyət paytaxtımızda durmadan aparılan böyük həcmdə abadlıq və quruculuq işləri ilə yaxından tanış olublar.

Qərbi Azərbaycan İcmasının İstisu İcma sədri Alı Sofulu Şuşaya səfərin təşkil olunmasındakı əsas məqsədi vurğulayaraq bildirdi ki, bu gün 30 ilə yaxın erməni terroçuları törətdiyi dağıntıları, mədəni və tarixi abidələrin məhv edilməsinin bir daha canlı şahidi olublar: “Bununla yanaşı, hal-hazırda Şuşamızda aparılan bərpa və quruculuq işlərini yaxından görməyimiz bizlərə ayrıca qürur verdi. Yaşasın Azərbaycan Xalqı!, Var olsun Ali Baş Komandanımız!”

Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev və sədrin müşaviri Orxan Orucov çıxışlarında Şuşa səfərinin əhəmiyyətindən danışdılar. İsmayıl Ağayev Şuşaya gələn tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, mədəniyyət paytaxtımız Şuşa şəhərini bir daha ziyarət etmələri qürurvericidir: “Çünki bu torpaqlar şəhidlərimizin qanı bahasına azad olubdur. Bizlər heç bir zaman şəhidlərimizi və qazilərimizi unutmamalıyıq. Mən inanıram ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Qarabağımızı azad etdiyimiz kimi Qərbi Azərbaycanımızı da düşmən tapdağından azad edəcəyik. Doğma ata-baba yurdumuza geri qayıdacağıq. Mən də bir Qərbi azərbaycanlı olaraq bildirmək istəyirəm ki, illərdir rəhbərliyini etdiyim Beynəlxalq Diaspora Mərkəzi olaraq durmadan xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırılması istiqamətində əlimizdən gələni etmişik və etməyə də davam edəcəyik. Şükürlər olsun ki, Cənab Prezidentimizin sərəncamı ilə  Qərbi Azərbaycan İcması yaradılmış və biz də Beynəlxalq Diaspora Mərkəzi olaraq İcmanın fəailiyyətinə köməklik göstəririk”.

         

            Beynəlxalq Diaspora Mərkəzi (BDM)

                        Mətbuat xidməti