​Müstəqilliyimiz əbədidir

​Müstəqilliyimiz əbədidir
12:00 11.06.2024
495 Siyasət
A- A+

“Bizim ən böyük vəzifəmiz Azərbaycanda dövlət müstəqilliyini qoruyub saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdən ibarətdir”

 Müstəqilliyimizdən keçən dövr tarix üçün saatdır, dəqiqədir. Azərbaycan bu vaxt ərzində özünə güclü iqtisadi bünövrə qurub. Prezidentimiz mühüm məsələlərin ətrafında qüvvələri cəmləşdirməyi təklif edir ki, bütün qüdrətli dövlətlərin inki- şafı məhz həmin məqamlardan başlanmışdır.

Azərbaycan tarixino nəzər yetirsək, aydın görərik ki, ən parlaq əsrlər iyir minci və iyirmi birinci əsrfərdir. Ötən yüzilliyimiz Ulu öndər Heydər Əliyev şəxsiyyətində qərar tutmuşdur. Tarixin uğurlu dönəmindən faydalanaraq, müstəqilliyə çıxmış respublikamızı, siyasətinə, iqtisadiyyatına həyat verməklə gerçəkdən müstəqilləşdirdi. Asılılığın bütün zəncirlərini qırıb, dediyi bu kəlamı real laşdırdı! "Bizim ən böyük vəzifəmiz Azərbaycanda dövlət müstəqilliyini qo ruyub saxlamaq, möhkəmləndirmək, in kişaf etdirmək və onu əbədi etməkdon ibarətdir." Ulu öndər bizə əmanət qoyub getdiyi ideyaları ilə ölkəmizin xoşbəxt ro gələcəyi üçün də zəmin yaratdı. Liderlik estafetini ləyaqətlə qəbul və davam edən böyük şəxsiyyət yetişdirdi. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə deyib və fəaliyyətində bu fikrini sübuta yetirib: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Mən Azər- baycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacam, heç vaxt bu yoldan dön- məyəcəm. Heydər Əliyev siyasətini da vam etdirəcəm. Prezidentimiz Heydər Əliyevin əsəri olan müasir Azərbaycanı gücləndirəcək, zənginləşdirəcəyik, hər- tərəfli inkişaf etdirəcəyik, Heydər Əliyevin yolu ilə yeni qələbələrə doğru ge- dəcəyik... Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməkdə çox şey əldə edəcəyik. Hər hansı qərarı qəbul etməzdən əvvəl, düşünürəm ki, bu vəziyyətdən Hey dər Əliyev necə hərəkət edərdi. Sanıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir. Ona görə də, mən çalışıram ki, Heydər Əliyevin bütün ideyaları həyatda öz əksini tapmaqda davam etsin." Azərbaycanın və türk dünyasının iyirmi birinci əsri Prezidenti İlham Əliyev adı ilə şərəflənəcək. Kifayət qədər təsdiqini tapan, hamıya aydın görünən bu fikrin əsaslandırılması üçün cəhd göstərməyə ehtiyac varmı? Bəlkə də keçənlərin doxsanıncı illərində onun haqqında nələri isə xatırlamağa, 2003-cü ilin prezident seçkiləri ərəfəsində şəxsiyyətinin üstün ideyalarını yada salmağa müəyyən qədər zərurət duyulurdu. Unutmamalıyıq ki, vətənimizin tərəqqisi Ulu öndərin adı ilə bağlıdır. Qazandığı xalq sevgisini və dünyada nüfuzunu da nəzərə alsaq, əsrlərlə müstəqilliyimizin həsrətini çəkmiş biz azərbaycanlılar üçün bu xüsusilə önəmlidir. Ulu öndərimiz Heydər Əliyev və Prezidentimiz İlham Əliyevin fəaliyyəti “Əsrin müqaviləsi”ni imzalamağa nail oldular və onun uğurunu sənayenin, kənd təsərrüfatının, sosial sferanın bütün sahələrinə istiqamətləndirməyi bacardılar. Respublikamızın rəhbəri İlham Əliyev deyir: "Görəndəki, Azər- baycanın inkişafı uğurla davam edir, ölkəmizin nüfuzu artır, mənə bundan artiq mükafat ola bilməz." Dövlət başçımızın bu təmənnasızlığını yüksək qiymətləndirməliyik. Günəşdən əl üzdürməzlər! Azərbaycanın ən müdrik, vətənpərvər və insanpərvər vətəndaşı olan prezidentimizdən xahiş etməliyik ki, gərgin zəhmətini hələ çox illər bizdən əsirgəməsin. Ulu öndər xilaskarlıq missiyasını yerinə yetirərək, Odlar Yurdunun müstəqilliyini qorudu və möhkəmləndirdi. Cənab İlham Əliyevin ən böyük vəzifəsi işğal olunmuş torpaqlarımızı yağı tapdağından azad etmək idi. Bu müqəddəs işi də Ali Baş Komandanımız Ordumuzun gücü ilə şərəflə yerinə yetirdi. Bu işdə xaqlımız da ona dayaq oldu.

 Şərəfli keçmişimizə arxalanaraq, xoşbəxt - gələcəyimizə inamla addımlamalıyıq. Nə yaxşı, xalqımızın tarixində böyük şəxsiyyətlər olub! Nə yaxşı, dahi Heydər Əliyevimiz olub! Nə yaxşı ki, XXI əsrdə Prezident İlham Əliyev rəhbərimizdir!2849Sağlam Ailə və Uşaq İctimai Birliyinin sədri

Səadət Məhərrəmova