“Hal- hazırda Təhsil nazirliyi öz ətrafında ən çox insan birləşdirən qurumdur. 4432 orta məktəb, 51 ali təhsil müəssisəsi, 56 orta ixtisas təhsil müəssisəsi , 60-dan çox peşə təhsil müəssisəsi, və yeni qərardan sonra 1693 uşaq baxçası və körpələr evi Təhsil nazirliyinə verildi. Bu o deməkdir ki, kifayət qədər insan bu platformanın ətrafındadır. Təhsil müəssisələri arasında əlaqələrin qurulması və təhsilin pillələri arasında vahidliyin təmin edilməsi məqsədi ilə yaradılan Elm və Təhsil nazirliyi müsbət haldır”.
Sulh.info.az bildirir ki, bu sözləri saytımıza danışarkən təhsil eksperti Kamran Əsədov deyib. O, həmçinin əlavə edib ki, yeni yaradılan qurumdan gözləntilər çoxdur:
“Biz bir mənalı şəkildə gözləyirik ki, Azərbaycada rəqabətə davamlı və dayanaqlı iqtisadiyyatın formalaşmasında yeni nazirliyin böyük xidməti və rolu olacaqdır. Ona görə ki, hazırda təhsildən haqlı gözləntilər kifayət qədər çoxdur. Təəssüf ki, bu gün Azərbaycanda iqtisadiyyatda, sənayedə, turizmdə, hətta elmdə də Azərbaycan elmini görə bilmirik. Yəni, Azərbaycan elmi dünyada o qədər də nüfuzlu deyil. Buna görə də yeni nazirlikdən gözləntilər çoxdur. Buna inanırıq ki, bu inkişaf sözlü olacaqdır. Çünki, cənab prezidentin 2013-cü ildə imzaladığı təhsil inkişaf strategiyasının tam olaraq başa çatdığını görə bilmədik. Eyni zamanda dövlət proqramında 2019-2022-ci illərdə imzalandığı ali təhsil beynəlxalq rəqabətliyin artırılmasın da həyata keçirilməsini görə bilmədik”.
“Bundan sonra elm və təhsil vəhdət halında inkişaf edəcək. Bu o deməkdir ki, sturukturda dəyişiklər gözləniləcək. İstər rəhbər, istər digər şəxslərin doktorantura təhsili olmalı, elmi məqalələləri və s. olmalıdır. Bu gün bizim təhsilcən gözləntilərimiz var. Son iki ildə ərzində Azərbaycanda təhsilin müasirləşməsi, yeni texnologiyaların tətbiqi istiqamətində irəlləyişlər var idi. Bu üstünlükləri görə bilirdik və müsbət təsirlərini göstərib. Amma elmi inkişafımız, elmi tədqiqatlarımıza vəsait ayrılsa da, ciddi irəlləyiş görə bilmirik. Ona görə də, yeni nazirliyin tabeliyində iki idarənin yaradılması çox yaxşı haldır. Elmi potensialın mərkəzi strukturdan idarə edilməsi müsbətdir. Dünyanın bir çox yerlərində bundan istifadə edilir. Yeni təyin olunacaq nazir Azərbaycanda elmi bilən, elmin problemlərini bilən, eyni zamanda həlli istiqamətində təkliflər edən yox, konkret əməli işlər görə biləcək biri olacaqdır. Düşünürəm ki, Azərbaycan 2030-cu ildə beynəlxalq rəqabətə davam gətirəcək və öz ixtiralarını ortaya qoya biləcəkdir”.
Günay İbrahimova / Sulh.info.az