​“Ukrayna Qara dəniz vasitəsilə taxıl ixrac etməyə hazırdır” - Volodimir Zelenski

​“Ukrayna Qara dəniz vasitəsilə taxıl ixrac etməyə hazırdır” -
17:00 29.07.2022
243 Dünya
A- A+

“Ukrayna Qara dəniz vasitəsilə taxıl ixrac etməyə hazırdır”.

Sulh.info.az xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

“Bizim üçün dünya ərzaq təhlükəsizliyinin zəmanətçisi kimi qalmaq vacibdir. Amma əvvəlcə tərəfdaşlardan siqnal gözləmək lazımdır, - o bildirib.

Xatırladaq ki, iyulun 22-də İstanbulda “taxıl dəhlizi” ilə bağlı saziş imzalanıb. Ukrayna, Rusiya, Türkiyə və BMT Qara dəniz vasitəsilə taxıl ixracının həyata keçirilməsi barədə razılığa gəliblər. (report)