​İstanbul boğazında hərəkət dayandırıldı - FOTO/VİDEO

​İstanbul boğazında hərəkət dayandırıldı
23:30 29.07.2022
259 Dünya
A- A+

İstanbul boğazında hərəkət dayandırılıb.Buna səbəb Misirdən Bolqarıstana səyahət edərkən gəmidə yaranan nasazlıq olub.

Bu barədə Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsinin sosial media hesabında məlumat verilib.

“Bələdçi kapitanımız və “KURTARMA-12” və “NAZIM TUR” yedək gəmilərimiz Misirdən Bolqarıstana səfər edən və Yavuz Sultan Səlim körpüsü yaxınlığında nasazlıq yaranan 134 metr uzunluğundakı “SPARTA” gəmisinə yönəldilib. Nasazlığın aradan qaldırılması ilə bağlı işlərə başlanılıb”, - deyə verilən açıqlamada bildirilib.

Nasazlıq səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.