​Çimərlikdə şortsuz çimdilər, döyüldülər

​Çimərlikdə şortsuz çimdilər,
16:15 08.08.2022
252 Maraqlı
A- A+
Çimərlikdə şortikini çıxardığı üçün linç olunan şəxs ətrafdakılar tərəfindən döyülüb.
 
Sulh.info.az xəbər verir ki, Türkiyənin Sakarya şəhərinin Karasu qəsəbəsində iki nəfər çimərlikdə şortiklərini çıxarmaları səbəbiylə vətəndaşların reaksiyası ilə üzləşib. 
 
Belə ki, çimərlikdə 2 nəfər naməlum şəxsin dənizdə şortiklərini çıxararaq ətrafdakı qadınlara hörmətsiz hərəkətlər etdiyi iddia edilib. Ətrafdakıların reaksiyasından sonra qaçan şəxslərdən biri vətəndaşlar tərəfindən tutularaq döyülüb. Digəri isə dənizdə açıq yerə qaçaraq boğulmaq təhlükəsi ilə üzləşib.
 
Xəbərdarlıq üzərinə əraziyə gələn xilasedicilər şəxsi dənizdən çıxararaq sahildə qoyublar. Hadisə yerinə gələn polis qrupları vəziyyətə müdaxilə edərək şəxsləri saxlayıb. 
 
Həmin anlar vətəndaş kamerası ilə saniyə-saniyə lentə alınıb. (azxeber.com)