​Rusiya MN Zaporojye AES-də tüstülənmə olduğunu açıqlayıb

​Rusiya MN Zaporojye AES-də tüstülənmə olduğunu
17:15 08.08.2022
221 Dünya
A- A+

“Zaporojye Atom Elektrik Stansiyasında (AES) açıq paylayıcı stansiyada tüstülənməyə səbəb olan gərginliyin artması baş verib”.

Sulh.info.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Tüstülənmənin yanğınsöndürmə xidməti tərəfindən söndürüldüyü açıqlanıb.

Rusiya Müdafiə Nazirliyi hadisənin Ukraynanın Marqanets şəhərindəki mövqelərindən AES-i atəşə tutmasına görə baş verdiyini bildirib. (apa)