Zaporojye AES ərazisi hərbsizləşdirilməlidir, orada hərbçilər, hər hansı hərbi bölmələr olmamalıdır.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş Türkiyə və Ukrayna prezidentləri ilə görüşündən sonra mediaya açıqlamasında deyib.
“Obyektdə hərbi qüvvələrin və vasitələrin yerləşdirilməsindən uzaq durmaq gərəkdir”, - deyə o bildirib.