​İraqda komendant saatı ləğv edilib

​İraqda komendant saatı ləğv
17:11 30.08.2022
218 Dünya
A- A+

İraq Ordusunun Birgə Əməliyyatlar Komandanlığı ölkə daxilində komendant saatını ləğv edib.

Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Ordu komandanlığı paytaxt Bağdad daxil olmaqla, bütün ölkədə komendant saatının ləğv edildiyini açıqlayıb.

Xatırladaq ki, İraqda ötən gün Bakı vaxtı ilə 20:00-dan etibarən komendant saatı tətbiq edilmişdi. Buna səbəb iraqlı şiələrin lideri Müqtəda əs-Sədrin tərəfdarları ilə silahlı qüvvələr arasında toqquşmaların baş verməsi olub.

Bağdadda silahlı toqquşmalar nəticəsində 30 nəfər həlak olub.