​Almaniya Aİ-yə Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandırmağı təklif edib

​Almaniya Aİ-yə Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandırmağı
18:15 30.08.2022
223 Dünya
A- A+

Almaniya Avropa İttifaqı (Aİ) ölkələrinə Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandırmağı təklif edir.

SÜLH.İNFO.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

Onun sözlərinə görə, Almaniya hökuməti Aİ ölkələri arasında rusiyalıların ölkəyə girişinə tam qadağa qoyulması ilə bağlı mübahisədə vasitəçilik etmək istəyir.

"Avropa bu məsələdə birgə həll yolu tapmalıdır. Mənim təklifim vizanın sadələşdirilməsi sazişinin dayandırılmasıdır ki, bir daha çoxillik vizalar verilməsin", - o deyib.