​Aİ-yə üzv ölkələrin müdafiə nazirləri Ukraynaya yardımı davam etdirməyə razılaşıblar

​Aİ-yə üzv ölkələrin müdafiə nazirləri Ukraynaya yardımı davam
20:30 30.08.2022
212 Dünya
A- A+

“Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirləri Ukraynaya yardım göstərməyə hazır olduqlarını təsdiqləyiblər”.

SÜLH.İNFO.az xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel mətbuat konfransında bildirib.

“Bütün nazirlər Avropa İttifaqının Ukraynanı dəstəkləməsi və Aİ-yə üzv ölkələrin Ukraynaya lazım olduğu qədər kömək etməyə hazır olması barədə razılaşıblar”, - o vurğulayıb.

J.Borrel əlavə edib ki, müdafiə nazirləri Ukrayna ordusunun hazırlanması üzrə Avropa İttifaqı missiyasının parametrlərinin müəyyənləşdirilməsi üzrə işlərin başlanmasına dəstək verdiklərini bəyan ediblər.