​Zakir Həsənovun Türkiyəyə səfəri davam edir

​Zakir Həsənovun Türkiyəyə səfəri
21:00 30.08.2022
227 Siyasət
A- A+

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.

Bu barədə SÜLH.İNFO.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının Quru Qoşunları Ali Hərbi Məktəbinin növbəti buraxılış mərasimində iştirak edib.