​Poliklinikaya göndəriş üçün gəldi: Ürəktutmadan öldü

​Poliklinikaya göndəriş üçün gəldi:
10:14 31.08.2022
225 Hadisə
A- A+

Bakıda poliklinikada ölüm hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb.

Belə ki, 24 nömrəli şəhər poliklinikasına göndəriş üçün sənədlərini düzəltməyə gələn 1984-cü il təvəllüdlü Mahir adlı şəxs ürəktutmadan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.