Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş bu gün baş tutacaq. Bu, İlham Əliyev və Nikol Paşinyanın Aİ vasitəçiliyi ilə təşkil olunan sayca 4-cü görüşüdür.
Sulh.info.az xəbər verir ki, məsələ ilə bağlı politoloq Turab Rzayev saytımıza danışıb. O bildirib ki, bu günki görüşün əsas müzarikəsi Qarabağ məsələsi olacaq:
“Nəzərə almaq lazımdır ki, son dönəmlər Qarabağ ətrafında dinamika artıb. Belə ki, Azərbaycan tərəfi Ermənistandan konkret mövqe istəmişdi. Azərbaycan tərəfi Qarabağdakı bütün silahlı erməni birləşmələrinin Qarabağı tərk etməsini istəyir. Bu məsələ mütləq müzakirə gündəmi ediləcək. Çünki Ermənistan buna müsbət qarşılıq verib bildirmişdi ki, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi Ermənistanın məsuliyyətində deyil.
Digər məsələ Ermənistanla bizim yeni aktiv məsələmiz Laçın dəhlizi ilə bağlıdır. Biz köhnə Laçın dəhlizini bağlayıb yeni yol istifayə vermək istəyirik. Yeni yolda xüsusilə Azərbaycan tərəfi gömrük və sərhəd məntəqələrinə nəzarət etmək istəyir. Biz artıq yeni yolun sərhəd və gömrük nəzarətini üzərimizə keçirtmək istəyirik”.
Politoloq digər məsələnin Azərbaycanla Ermənistanın sərhədləri demarkasiya məsələsi olduğunu deyir:
“Artıq bununla bağlı 4 dəfə görüş olub və müsbət qərarlar olub. Azərbaycanla Ermənistan arasında demarkasiya məsələsi yekunlaşmalıdır. Hətta iki ölkə arasında sülh prosesinin üzərində çalışmaq üçün sülh komissiyaları da yaradılıb. Yaxın gələcəkdə biz sülh prosesində növbəti addımların şahihi olacağıq.
Növbəti məsələ isə Zəngəzur dəhlizidir. Azərbaycan Zəngəzurdan Naxçıvana keçmək üçün Naxçıvan ərazsində dəmir yolu və avtomobil yolunun olmasını istəyir. Bununla bağlı Ermənistanda ümumi etiraz olmasa da müəyyən detallarda narazılıq var. Bununla bağlı görüşlər həyata keçiriləcək”.
Günay İbrahimova / Sulh.info.az