​Kadırov azərbaycanlı müğənninin konsertinə qarşı çıxanları DUELƏ ÇAĞIRDI

​Kadırov azərbaycanlı müğənninin konsertinə qarşı çıxanları
12:10 31.08.2022
296 Dünya
A- A+

Kadırov Jony-nin konserti ilə bağlı “dini diletantları” duelə çağırıb.

KONKRET.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov müğənni Jony-nin (Cahid Huseynli) Qroznıda keçiriləcək konsertini müdafiə edib. O, konsertdə həyat yoldaşı və qızlarının iştirak edəcəyini bildirib.

“Bu konsertin təşkilatçılarına təşəkkür edirəm. Jony azərbaycanlı müsəlmandır. Biz bütün mahnılara baxırıq və bir dənə də olsun sənətçi yanlış mahnı oxumur. Senzuranı müşahidə edirik”, – deyə Kadırov teleqram kanalda yazıb.

Kadırov “təxribatçıların” konkret nə yazdığını dəqiqləşdirməyib, onları görüşə çağırıb.

O əlavə edib ki, həyat yoldaşı və qızları konsertdə olacaq, imkan olsa, özü də gələcək.

Milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev də bir günt əvvəl ifaçı Jony-nin Qroznıda konsertinə qarşı çıxan çeçen xalqının nümayəndələrini sabah saat 13.00-da şəhərdəki meydana toplaşmağa çağırıb.

O, azərbaycanlı müğənninin konsertinə qarşı çıxanları təxribatçı adlandırıb.

Jony-nin noyabrın 4-də Qroznıda konsert verəcəyi barədə məlumat avqustun 29-da bir sıra çeçen mətbuatında dərc olunub. Konsert çeçen müxalifətinin Telegram kanalı Niyso tərəfindən tənqid edilib.