ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfəri ilə Tayvan və Çin arasında gərginlik artmaqda davam edir. Tayvan ordusu ilk dəfə Çinə qarşı xəbərdarlıq atəşi açıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Tayvan ordusunun Kinmen Müdafiə Komandanlığı (KDC) Çin PUA-larının Dadan, Erdan və Şi adaları üzərində uçduğunu təsbit edib.
Bildirilib ki, xəbərdarlıq atəşindən sonra PUA-lar Çinin Xiamen şəhərinə doğru hərəkət edib və yerli vaxtla saat 17:59-da Erdan adasının hava sahəsinə daha bir Pilotsuz Uçuş Aparatı daxil olub.
PUA bütün xəbərdarlıqlara baxmayaraq ada üzərində uçuşunu davam etdirib. Tayvan əsgərləri tərəfindən həqiqi güllələrdən istifadə edilərək xəbərdarlıq atəşi açılıb.
Qeyd edək ki, Tayvan ordusu ötən bazar günü hava məkanını pozan PUA-ların vurulacağı ilə bağlı xəbərdarlıq edib.