​Bu prospektdə nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ

​Bu prospektdə nəqliyyatın hərəkəti
13:30 31.08.2022
240 Sosial
A- A+

Bu gün saat 00:00-dan sabah saat 22:00–a qədər Bakının Tbilisi prospektinin Abbasqulu ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.