​Niderland və Almaniya Ukrayna hərbçilərinə təlim keçəcək

​Niderland və Almaniya Ukrayna hərbçilərinə
14:30 31.08.2022
236 Ölkə
A- A+

Niderland və Almaniyanın hakimiyyət orqanları Ukrayna hərbçilərinin minalardan təmizlənməsi üzrə təlim keçəcəyi birgə proqram hazırlayır.

Bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollenqren öz tvitter səhifəsində yazıb.

“Niderland Avropa İttifaqının Ukrayna üçün təlim missiyası təklifini dəstəkləyir. Biz Almaniya ilə birlikdə ukraynalı hərbçilərə quruda minalardan təmizləmə üzrə təlim keçmək üçün birgə proqram hazırlayırıq”, - Ollenqren bildirib.