​Ermənilər Laçın şəhəri və ətraf ərazilərdə 6 yanğın hadisəsi törədib - RƏSMİ

​Ermənilər Laçın şəhəri və ətraf ərazilərdə 6 yanğın hadisəsi
15:03 31.08.2022
218 Hadisə
A- A+

Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar həmin yaşayış məntəqələrində qeyri-qanuni olaraq məskunlaşmış ermənilərin ərazini tərk etməsi zamanı törədə biləcəkləri təxribatların, o cümlədən yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün FHN-in müvafiq qüvvələri həmin ərazilərə cəlb olunub. Erməni vandalları bu dəfə də qeyri-qanuni yaşadıqları evləri, habelə meşələri yandıraraq həmin əraziləri tərk etdilər. Belə ki, Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək genişlənməsinə imkan verilməyib.