​Bakıda yeni virus yayılıb - Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

​Bakıda yeni virus yayılıb - Səhiyyə Nazirliyindən
15:35 31.08.2022
318 Ölkə
A- A+

"Bakıda son günlərdə rotavirus infeksiyası yayılıb".

Sulh.info.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov "Mədə xəstəlikləri" mövzusunda danışarkən deyib.

O bildirib ki, bu infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma və ishaldır:

"Həmin şəxslər antibiotik terapiyadan uzaq durmalıdırlar. Çoxlu maye qəbul etməli, süd məhsulları və kofeindən uzaq olmalıdırlar. Müşahidələr gösətir ki, bu xəstəliyə tutulanlar bir həftə müddətində sağalır".