​Enerji içkilərinin çox içilməsi bu xəstəliyə səbəb olur - Nazirlikdən XƏBƏRDARLIQ

​Enerji içkilərinin çox içilməsi bu xəstəliyə səbəb olur -
15:56 31.08.2022
A- A+

"Uzun müddət energetik içki qəbul edən şəxslərdə mədədə eroziya, xoraların əmələ gəlmə ehtimalı yüksəkdir".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib. O xatırladıb ki, həmin içkilərin tərkibində şəkər qatqıları və kofein miqdarı çox olur:

“Elmi araşdırmaların nəticəsi olaraq məlum olub ki, hətta bu içkilər mədə xərçəngi riskini meydana çıxara bilər. Bununla yanaşı, kofeinlə zəngin içkilər ürək çatışmazlığı, həm də qəfil ölümlərə gətirib çıxara bilər”.