​Bakı və İrəvan arasında yeni razılaşma olacaq - LAVROV

​Bakı və İrəvan arasında yeni razılaşma olacaq
16:00 31.08.2022
203 Siyasət
A- A+

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələləri ilə Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin iştirak etdiyi Üçtərəfli İşçi Qrupu məşğul olur.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla Moskvada keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Ən yaxın vaxtda razılaşmalar olacaq. Rusiya tərəflər arasında sıx əlaqədədir”,- deyə Lavrov vurğulayıb. Lakin XİN başçısı razılaşmaların nədən ibarət olacağı haqda ətraflı məlumat verməyib.