​Əgər AB bir daha "öz ayağına atəş açırsa..." - Moskva

​Əgər AB bir daha
22:15 31.08.2022
269 Dünya
A- A+

Avropa Birliyinin Rusiya ilə asanlaşdırılmış viza rejimini dayandırmaq qərarı nəticəsiz qalmayacaq.

SÜLH.İNFO.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O qeyd edib ki, əgər AB bir daha “öz ayağına atəş açmaq” qərarı veribsə, bu, onların seçimidir:

“AB-nin Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini pozması, yayınması və ya ondan çıxması nəticəsiz qalmayacaq. Tədbirlərin simmetrik, asimmetrik olub-olmayacağına özümüz qərar verəcəyik. Əgər Brüssel bir daha öz ayağına atəş açmaq qərarına gəlsə, bu, onların seçimidir”.