​Rus müğənni Qorbaçova mahnı oxumaqdan imtina etdi: "O, axmaq idi"

​Rus müğənni Qorbaçova mahnı oxumaqdan imtina etdi:
11:15 01.09.2022
282 Ölkə
A- A+

Rusiyalı müğənni Yuri Loza  müsahibəsində SSRİ-nin eks-prezidenti Mixail Qorbaçovun ölümündən bəhs edib.

Sulh.info.az xəbər verir ki, musiqiçi  Qorbaçova bir bəstə də həsr etməyəcəyini deyib.

Loza "O, axmaq idi. Və belə qabiliyyətlərə malik olan axmaq bir insan fəlakətdir" - deyə bildirib

Sənətçinin sözlərinə görə, siyasətçi "Rusiyaya ziyan vurub". onu da qeyd edib ki,  Qorbaçov bir neçə islahatlar həyata keçirib amma onların nəticələri ilə maraqlanmayıb.

Xatırladaq ki, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov avqustun 30-da ölüb. Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.