Səudiyyə Ərəbistanında uşaq evlərində qızlara qarşı fiziki zorakılıq edilib.
Sulh.info.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Baş Prokurorluğu uşaq evində qız və qadınların bəzilərinin döyülməsi iddiaları ilə bağlı araşdırmaya başlayıb.
Videonun sosial şəbəkədə yayıldığına diqqət çəkən mənbə "uşaqlara fiziki və ya psixoloji zərər vurmaq, ləyaqəti alçaldan rəftara yol vermək qadağandır”, - deyə bildirib.
Sözügedən video və fotolar sosial media platformalarında tənqidlərə səbəb olub.